Britaniya kəşfiyyatı bu qadınları təhlükəli sayır…

Böyük Britaniyanın məxfi xidmət orqanları ölkədə qadınlar və ya uşaqlar tərəfindən törədilə biləcək terror aktlarının baş vermə təhdidi barədə xəbərdarlıq edirlər. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, məruzənin müəllifləri xəbərdarlıq edirlər ki, İŞİD terror qruplaşmasının hərbi məğlubiyyətlərini nəzərə alaraq Suriyadan Britaniyaya qayıdan qadın və uşaqların terror aktları törətmə təhlükəsi artır. Sənəddə deyilir ki, qadınların törətdiyi təhlükə ola bilsin o qədər böyükdür ki, onu əlçatan kəşfiyyat vasitələri ilə ölçmək mümkün deyil. Britaniya kəşfiyyatının məlumatına əsasən, ölkənin təqribən 850 vətəndaşı Suriya və ya İraqa gedib, onlardan çoxu İŞİD-in sıralarına qoşulublar. Onların yarısından çoxu Britaniyaya qayıdıb, İŞİD-in nəzarətindəki ərazilərdə qalanların 80 nəfəri qadın, 90-nı isə uşaqdır. Məruzəyə görə, bu qadınların çoxu İŞİD-in xüsusu hərbi düşərgələrində hazırlıq keçiblər.

DİGƏR XƏBƏRLƏR

Top