Prezidentin cəsədi namizəd ola bilər

Zimbabvenin 92 yaşlı prezidenti Robert Muqabenin xanımı Qreys Muqabe ərinin ölsə də prezident seçkilərində namizəd ola biləcəyini bildirib. “Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Q. Muqabe ərinin iqtidardakı “Zanu-PF” partiyasının Buhera şəhərində keçirilən mitinqində deyib. O bildirib ki, əgər bir gün əri ölərsə, cəsədi seçki bülletenlərində namizəd qismində yer alacaq: “İnsanların Muqabenin cəsədinə səs verdiyini görəcəksiniz. İnsanların başqalarını nə qədər sevdiyini izah etmək üçün bunu çox ciddi deyirəm”.

Qeyd edək ki, ölkədə prezident seçkiləri gələn il keçiriləcək. 92 yaşlı dövlət başçısı seçkilərdə yenidən namizəd olacaq.

DİGƏR XƏBƏRLƏR

Top