ABŞ min əsgərini Polşaya göndərir

2017-ci ilin aprelində ABŞ NATO-nun şərq sərhədi sayılan Polşaya təqribən 1000 hərbçi göndərəcək. “Yeniavaz.com”un “Lenta.ru”ya istinadən verdiyi məlumata görə, bu barədə Amerikanın Avropadakı qoşunlarının komandanlığı “Tvitter” səhifəsində xəbər verib. Hərbi birləşmələr martın sonunda Almaniyadakı Vilsek bazasından Polşanın şimal-şərqindəki Ojiş şəhərinə yola salınacaq. Birləşmənin tərkibinə bir neçə zirehli transportyor, özüyeriyən minomyotlar və haubitsalar daxildir.

Xatırladaq ki, 2016-cı ilin iyul ayında keçirilən NATO-nun sammitində Polşa və Baltikyanı ölkələrə bir neçə min hərbçi göndərmək barədə qərar qəbul edilmişdi. Bu ölkələr Rusiya tərəfindən təhdidin olduğunu bəyan edirlər. Almaniya NATO-nun Litvada, ABŞ Polşada, Britaniya isə Estoniyadakı hərbi birləşmələrinə rəhbərlik edir.

DİGƏR XƏBƏRLƏR

Top