Mosulun qərb hissəsinin İŞİD-dən azad edilməsi əməliyyatı başlayıb

İraqın baş naziri Heydər əl-Abadi Mosulun qərb hissəsinin İŞİD terror qruplaşmasından azad edilməsi əməliyyatının başladığını bildirib.

Bu barədə "France Presse" xəbər verib.

Qeyd olunur ki, şəhərin qərb hissəsi silahlıların nəzarəti altındadır. İraq hərbçiləri artıq 3 aydır onları mühasirədə saxlayırlar.

"Baş nazir Mosulun qərb hissəsinin azad edilməsi uğrunda əməliyyatın başlanması barədə bəyan edib" – deyə agentlik baş nazirin mətbuat xidmətinin məlumatından sitat gətirib.

Mosulun şərq hissəsi ötən ilin oktyabrında İŞİD-dən azad edilib. Report

DİGƏR XƏBƏRLƏR

Top