Putindən Kiyevi qəzəbləndirəcək fərman

Rusiya prezidenti Vladimir Putin “Ukraynanın Donetsk və Luqansk bölgələrinin ayrı-ayrı rayonlarının ərazilərində daimi yaşayan vətəndaşlığı olmayan vətəndaşlara və Ukrayna vətəndaşlarına verilmiş sənədlərin və nəqliyyat vasitələrinin qeydiyyat nişanlarının Rusiyada tanınması haqqında” fərman imzalayıb. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bunun “beynəlxalq humanitar hüququn hamı tərəfindən qəbul edilmiş prinsiplər və normalarını əldə rəhbər tutaraq insan və vətəndaşların haqq və azadlıqlarını qorumaq məqsədilə” edildiyi bildirilir. Fərmanın mətnində qeyd edilir ki, bu addımlar “müvəqqəti, Ukraynanın Donetsk və Luqansk bölgələrinin ayrı-ayrı rayonlarında vəziyyətin Minsk razılaşmları əsasında siyasi nizamlanması müddətinədək” qüvvədə olacaq. Rusiyada tanınacaq sənədlər siyahısına şəxsiyyət vəsiqələri, təhsil və ya ixtisas haqqında sənədlər, doğum haqqında şəhadətnamə, nikah şəhadətnaməsi, ad dəyişdirilməsi və ölüm haqqında şəhadətnamələr, nəqliyyat vasitələrinin qeydiyyatı haqqında şəhadətnamə, nəqliyyat vasitələrinin qeydiyyat nişanları daxildir. Bundan başqa, Ukraynanın Donetsk və Luqansk bölgələrinin ayrı-ayrı rayonlarının ərazilərində daimi yaşayan vətəndaşlığı olmayan vətəndaşlar və Ukrayna vətəndaşları şəxsiyyəti təsdiq edən sənədlər əsasında vizanı rəsmiləşdirmədən Rusiyaya giriş və çıxış həyata keçirə bilərlər.

DİGƏR XƏBƏRLƏR

Top