Binəli Yıldırım türk əsgərinin Raqqa əməliyyatında iştirakına aydınlıq gətirib

Türkiyə hərbçiləri Suriyanın Raqqa şəhərinin İŞİD terror qruplaşmasının silahlılarından təmizlənməsi əməliyyatında birbaşa iştirak etməyəcək. “Yeniavaz.com”un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin baş naziri Binəli Yıldırım deyib. Onun sözlərinə görə, Raqqa əməliyyatının ön cəbhəsində yerli qüvvələr, Azad Suriya Ordusu və digər milislər yer alacaq: “ABŞ və Türkiyə arxadan dəstək verəcək. Hər iki ölkənin hərbi mövcudluğu olacaq. Ancaq birbaşa əməliyyata girməyəcəyik, taktiki dəstək verəcəyik. Təbii ki, bunun üçün prinsipcə razılığa gəlməliyik. İmkan və qabiliyyətlər nəzərdən keçirilir. Amerikanın istənilən halda bir planı var. Bu planın necə tətbiq ediləcəyi barədə söhbət edirik”. B. Yıldırım Raqqa əməliyyatında ABŞ-ın PKK terror təşkilatının Suriya qanadı olan PYD ilə birgə hərəkət edəcəyi təqdirdə, iki ölkə əlaqələri üçün ciddi problem yaranacağını qeyd edib: “Əl Babdan sonra Raqqanın İŞİD-dən azad edilməsi ilə bağlı təklifimiz oldu. PYD/YPG ilə birgə hərəkət etmənin yanlış olduğunu, bir terror təşkilatının başqa bir terror təşkilayına qarşı istifadə edilməsinin mümmkünsüzlüyünü bildirdik. Bu, dostluğa sığmır. ABŞ-in yeni administrasiyasının bunları nəzərə alacağını güman edirəm. Pensə yenidən bunu xatırladacağam. Merkelə də Almaniyayı da bu əməliyyata daxil edə biləcəyimizi dedim”.

DİGƏR XƏBƏRLƏR

Top