Iranda keçiriləcək hərbi təlimlərdə ballistik raketlər sınadan çıxarılacaq

Iran İslam İnqilabi Kesikçiləri Korpusunun (İİİKK-nin) quru qoşunları qüvvələri növbəti hərbi təlimlərə hazırlaşırlar. "Yeniavaz.com"un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə İİİK qüvvələri komandanı Məhəmməd Pakpur "Tasnim" agentliyinə açıqlamasında deyib: "Böyük peyğəmbər" adlı hərbi təlimlər fevralın 20-də ölkənin şərqində, şimal-şərqində və mərkəzində başlayacaq. İki mərhələdən ibarət olacaq hərbi təlimlərdə müasir ballistik raketlər sınadan çıxarılacaq". Xatırladaq ki, İran bu ilin yanvar ayının 29-da da ortamənzilli ballistik raketlərinin sınaqlarını keçirib.

DİGƏR XƏBƏRLƏR

Top