Qarabağda erməni hərbçisi öldürülüb

Ermənistanın Dağlıq Qarabağın cənub istiqamətində yerləşən hərbi hissələrindən birində bu gün yerli vaxtla saat 11.45-də erməni hərbçisi başından ölümcül güllə yarası alıb. "Yeniavaz.com"un nevs.am-a istinadən verdiyi məlumata görə, 19 yaşlı əsgər Lernik Osyanın hansı şəraitdə öldürülməsi hələlik məlum deyil. Hazırda baş verən hadisə hərbi-istintaq qrupu tərəfindən araşdırılır.

DİGƏR XƏBƏRLƏR

Top