Xarici işlər naziri Edvard Nalbandyan İraq Kürdüstanı prezidenti Məsud Bərzani ilə görüşündə Ərbildə Ermənistanın baş konsulluğunun açılması məsələsini müzakirə edib. "Yeniavaz.com"un Panarmenian.net-ə istinadən verdiyi məlumata görə, Nalbandyan bu məsələdə hərtərəfli dəstəyə görə Məsud Bərzaniyə təşəkkür edib. Bundan əlavə Bərzani Nalbandyanın xahişi ilə İraqda terrora qarşı aparılan mübarizə barədə ona məlumat verib. Bərzani və Nalbandyan tərəflər arasında yüksək səviyyədə siyasi dialoqun mövcud olduğunu qeyd edərək, qarşılıqlı səfərlərin təşkili və ticari-iqtisadi əməkdaşlıq məsələlərini də müzakirə ediblər. Ermənistan və İraq Kürdüstanı rəsmiləri arasında həmçinin regional təhlükəsizliklə bağlı fikir mübadiləsi edilib.