PKK lideri Karayılana sadıq Behzat öldürülüb

Türkiyə xüsusi təyinatlılarının Mardində terrorçulara qarşı həyata keçirdiyi əməliyyat zamanı iki nəfər öldürülüb. "Yeniavaz.com"un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ödürülənlər arasında PKK liderlərindən olan Karayılanın sağ qolu hesab edilən "Behzat" adı altında gizlənən terrorçu da var. Behzat PKK terror təşkilatında xüsusi təxribatların həyata keçirilməsinə cavabeh idi. Türkiyənin bir sıra şəhərlərində həyata keçirrlən terror aktlarının da ssenarisinin Behzat tərəfindən hazırlandığı məlum idi. Hazırda Mardin və ona bitişik rayonlarda Türkiyə xüsusi təyinatlılarının əməliyyatları davam edir.

DİGƏR XƏBƏRLƏR

Top