Netanyahu Trampı İsrailə səfərə dəvət edib

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-ın yeni adminitrasiyası ilə sıx əlaqələr qurmaq niyyətindədir. "Yenivaz.com"un TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu məqsədlə Netanyahu prezident Donald Trampı ölkəsinə səfərə dəvət edib. Hələlik Tramp administrasyası Netanyahunun dəvətinə reaksiya verməyib. Bununla belə Netanyahu Trampın İsrailə səfər edəcəyinə ümid edir. O dəvətlə bağlı Trampın İsrailə səfər edib-etməyəcəyi barədə suala cavabında deyib: "Mən əminəm ki, Tramp dəvətimi qəbul edərək İsrailə səfər edəcək. Mənim onunla görüşüm yüksək səviyyədə keçdi. Trampı İsrailin sadiq dostu hesab edirəm".

DİGƏR XƏBƏRLƏR

Top