Türkiyədə Almaniyanın "Velt" qəzetinin əməkdaşı həbs edilib

Türkiyədə terrorla mübarizə çərçivəsində aparılan əməliyyatın növbəti qurbanı Almaniyanın "Velt" qəzetinin əməkdaşı Deniz Yusif olub. "Yeniavaz.com"un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, "Velt" əməkdaşı terrorçu qruplarla əlaqə saxlamaqda və terroru təbliğ etməkdə günahlandırılır. Almaniya vətəndaşı olan Deniz Yusif həmçinin Türkiyənin Energetika və təbii ehtiyatlar naziri Berat Albayrakın elektron poçtuna haker hücumunda şübhəli bilinir. Öz növbəsində Almaniya Xarici işlər nazirliyi Deniz Yusiflə bağlı məsələnin qanun çərçivəsində araşdırılacağına və ona münasibətdə ədalətli mövqedən çıxış ediləcəyinə ümid etdiyini bildirib.

DİGƏR XƏBƏRLƏR

Top