Türkiyədə partlayış nəticəsində ölənlərin sayı 2-yə, yaralıların isə 18 nəfərə çatıb

Türkiyənin Şanlıurfa vilayətində törədilən partlayış nəticəsində ölənlərin sayı 2 nəfərə çatıb. “Milliyet”-in xəbərinə görə, partlayışdan sonra əmələ gələn dağıntılar altından kişi meyiti tapılıb. Viranşehir rayonunda baş verən hadisə nəticəsində yaralananların sayı 18-ə çatıb. Onlardan birinin vəziyyəti ağır kimi qiymətləndirilir. Bundan əvvəl minalanmış avtomobilin partladılması nəticəsində 3 yaşlı uşağın öldüyü, 15 nəfərin xəsarət aldığı bildirilirdi. Dəqiqləşdirilmiş məlumata görə, insident nəticəsində həyatını itirən uşaq 11 yaşlı Əhməd Oqtay Günak olub. Partlayışın PKK tərəfindən törədildiyi bildirilir.Apa

DİGƏR XƏBƏRLƏR

Top