Bu gün Bakıda 7 yol-nəqliyyat hadisəsi baş verib

Bu gün qarlı və buzlu hava şəraiti ilə bağlı Bakıda 7 yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib. O bildirib ki, şəhər əraisində cüzi maddi ziyanla nəticələnən 7 yol qəzası baş verib və xəsarət alan olmayıb: "Hələlik bu saata qədər baş verən qəzalarda xəsarət alınması ilə bağlı məlumat yoxdur. Bu hadisələrin də baş verməsinə səbəb yol və metroloji şəraitin nəzərə alınmamasıdır".Lent.az

DİGƏR XƏBƏRLƏR

Top