Azərbaycanlılar xərçəngin hansı növünə çox tutulurlar? - Rəsmi

Tanınmış rejissor Şahin Zəkizadənin xərçəng xəstəliyindən dünyasını dəyişməsi insanların diqqətini bir daha bu xəstəliyə yönəltdi. Çoxlarını maraqlandıran suallardan biri də budur ki, ölkəmizdə insanlar xərçəngin ən çox hansı növünə tutulurlar? "Yeniavaz.com" saytı Dövlət Statistika Komitəsinin məlumatları əsasında bu suala aydınlıq gətirməyə çalışıb. Məlum olub ki, ümumi statistikada ilk dəfə bədxassəli şiş diaqnozu qoyulanlar arasında süd vəzisi xərçəngi daha çoxdur:

- 2010-cu il: 1221 nəfər.

- 2011-ci il: 1466 nəfər.

- 2012-ci il: 1460 nəfər.

- 2013-cü il: 1519 nəfər.

- 2014-cü il: 1560 nəfər.

- 2015-ci il: 1693 nəfər.

İkinci yerdə traxeya, bronx, ağciyərin bədxassəli şişi diaqnozu gəlir:

- 2010-cu il: 981 nəfər.

- 2011-ci il: 1048 nəfər.

- 2012-ci il: 1027 nəfər.

- 2013-cü il: 1039 nəfər.

- 2014-cü il: 1187 nəfər.

- 2015-ci il: 1147 nəfər.

Mədənin bədxassəli şiş diaqnozu qoyulanlar da az deyil:

- 2010-cu il: 925 nəfər.

- 2011-ci il: 980 nəfər.

- 2012-ci il: 1010 nəfər.

- 2013-cü il: 1042 nəfər.

- 2014-cü il: 983 nəfər.

- 2015-ci il: 1066 nəfər.

Növbəti yerdə düz bağırsaq, siqmaya bənzər hissə xərçəngi diaqnozudur:

- 2010-cu il: 305 nəfər.

- 2011-ci il: 366 nəfər.

- 2012-ci il: 395 nəfər.

- 2013-cü il: 407 nəfər.

- 2014-cü il: 431 nəfər.

- 2015-ci il: 482 nəfər.

İlk dəfə qida borusu xərçəngi diaqnozu qoyulanların sayı:

- 2010-cu il: 361 nəfər.

- 2011-ci il: 362 nəfər.

- 2012-ci il: 382 nəfər.

- 2013-cü il: 367 nəfər.

- 2014-cü il: 382 nəfər.

- 2015-ci il: 366 nəfər.

Qırtlaq xərçəngi diaqnozu qoyulanlar:

- 2010-cu il: 167 nəfər.

- 2011-ci il: 182 nəfər.

- 2012-ci il: 200 nəfər.

- 2013-cü il: 167 nəfər.

- 2014-cü il: 182 nəfər.

- 2015-ci il: 217 nəfər.

İlk dəfə ağız boşluğu və udlaq xərçəngi xəbəri alanlar:

- 2010-cu il: 133 nəfər.

- 2011-ci il: 172 nəfər.

- 2012-ci il: 160 nəfər.

- 2013-cü il: 150 nəfər.

- 2014-cü il: 155 nəfər.

- 2015-ci il: 188 nəfər.

İlk dəfə dodaq xərçəngi diaqnozu qoyulanların sayı digərləri ilə müqaisədə elə də çox deyil:

- 2010-cu il: 27 nəfər.

- 2011-ci il: 38 nəfər.

- 2012-ci il: 25 nəfər.

- 2013-cü il: 33 nəfər.

- 2014-cü il: 21 nəfər.

- 2015-ci il: 21 nəfər.

Dərinin melanoması xərçəngi:

- 2010-cu il: 39 nəfər.

- 2011-ci il: 37 nəfər.

- 2012-ci il: 49 nəfər.

- 2013-cü il: 63 nəfər.

- 2014-cü il: 59 nəfər.

- 2015-ci il: 52 nəfər.

Sonda müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan xərçəng xəstələrinin statistikasına da diqqət yetirək:

- 2010-cu il: 28 min 52 nəfər.

- 2011-ci il: 29 min 585 nəfər.

- 2012-ci il: 32 min 285 nəfər.

- 2013-cü il: 34 min 681 nəfər.

- 2014-cü il: 37 min 932 nəfər.

- 2015-ci il: 40 min 653 nəfər.

Nicat

DİGƏR XƏBƏRLƏR

Top