Müdafiə naziri: Avropa daha ABŞ-a bel bağlaya bilməz

Avropa təhlükəsizlik məsələlərində daha ABŞ-a bel bağlaya bilməz və müdafiə sahəsində yükün bölüşdürülməsi üçün daha fəal səylər göstərməlidir. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bunu Almaniyanın müdafiə naziri Ursula fon der Lyayen Münhen təhlükəsizlik konfransının açılışında bəyan edib. O deyib: “Biz adətən amerikalı dostlarımıza güvənirik. Belə yanaşma artıq kifayət etmir. Heç kəs bizim yerimizə problemlərimizi həll etməyəcək”. Nazir əlavə edib ki, yükün bölüşdürülməsi təkcə maliyyə ilə məhdudlaşmır: “Avropada bu barədə vahid baxış formalaşdırmaq üçün əhali arasında izahedici işlər aparmaq lazımdır”.

DİGƏR XƏBƏRLƏR

Top