Ermənistan Qarabağda daha bir hərbçisini itirib

Ermənistan Qarabağda daha bir hərbçisini itirib. "Yeniavaz.com"un nevs.am-a istinadən verdiyi məlumata görə, Dağlıq Qarabağdakı hərbi hissələrdən birində qulluq edən 20 yaşlı Qaregin Arqamanyan dəm qazından zəhərlənərək ölüb. Hazırda baş verən hadisə ilə bağlı hərbi prokurorluq tərəfindən araşdırma aparılır. Xatırladaq ki, bu, son iki gündə Ermənistan ordusunun qeyri-döyüş şəraitində verdiyi ikinci itkidir. Belə ki, ötən gün buldozerin uçuruma düşməsi nəticəsində hərbi qulluqçu Qareqin Minasyan ölüb, Armen Puxan və Vruyr Nersisyan isə ağır bədən xəsarətləri alıblar.

DİGƏR XƏBƏRLƏR

Top