Ərdoğan: Prezidentlik sistemi şəxsi layihəmdir

Türkiyənin prezident üsul-idarəsi sistemini keçməsini nəzərdə tutan layihə şəxsi layihəmdir. “Yeniavaz.com”un “Hürriyət” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Prezidentin sözlərinə görə, digər xidmətlər kimi Türkiyəyə xeyir verəcəyinə inandığı üçün bu sistemin tətbiq edilməsi üçün mübarizə aparır. Bununla belə R. T. Ərdoğan qeyd edib ki, prezidentlik sisemi möcüzə, sehirli dəyənək deyildir: “Bu sistemin ən konkret özəlliyi ondan ibarətdir ki, iqtisadiyyatımız və demokratiya üçün lazım olan etibar və sabitlik mühitini daha da gücləndirəcək. Prezident ölkəyi idarə edəcək, parlament qanunlar çıxaracaq. Bu sistemdə heç bir güc digərindən üstün mövqedə dayanmayacağına görə səlahiyyət qarmaqarışıqları olmayacaq”. Qeyd edək ki, bu il aprelin 16-da Türkiyədə konstitusiyaya dəyişikliklər üzrə referendum keçiriləcək. Dəyişikliklər ölkənin parlamentdən prezidentlik sisteminə keçidini nəzərdə tutur.

DİGƏR XƏBƏRLƏR

Top