Yanvarda evlərin 1 kv. metrinin tikintisi 265 manata başa gəlib

Bu ilin yanvar ayında əsas kapitala 954,2 milyon manat məbləğində, yaxud 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 2,1% az vəsait yönəldilib. "Yeniavaz.com" xəbər verir ki, bu barədə məlumat Dövlət Statistika Komtəsinin açıqladığı hesabatda qeyd olunur. Məlumatda qeyd olunur ki, istifadə olunan vəsaitin 851,8 milyon manatı və ya 89,3%-i məhsul istehsalı obyektlərinin, 73,9 milyon manatı (7,7%-i) xidmət sahələri üzrə obyektlərin, 28,5 milyon manatı (3%-i) isə ümumi sahəsi 107,6 min kvadrat metr olan yaşayış evlərinin tikintisinə sərf olunub. Açıqlanan məlumatlardan belə görünür ki, yanvar ayında yaşayış evlərinin tikintisinin 1 kv. metri 265 manata başa gəlib.

Məlumatda həmçinin qeyd olunur ki, əsas kapitala yönəldilən vəsaitlərin 300,1 milyon manatını və ya 31,5%-ini daxili vəsaitlər təşkil edib. Əsas kapitala yönəldilən vəsaitin 673,4 milyon manatı və ya 70,6 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

DİGƏR XƏBƏRLƏR

Top