Rusiya Dövlət Başçısı Vladimir Putin, Rusiya və ABŞ xüsusi xidmətləri arasındakı əməkdaşlığın yenidən qurulmasının Moskva və Vaşinqtonun qarşılıqlı yararına olacağını deyib. “Yeniavaz.com” Türkiyə mətbuatına istinadən xəbər verir ki, NATO-nu Rusiyanı provokasiya etməklə ittiham edən Putin, “Bizi bir qarşıdurmanın içinə çəkməyə çalışırlar” deyib. Putin, Federal Təhlükəsizlik Xidmətinin (FSB) iclasında verdiyi açıqlamada, xarici tərəfdaşlarla terrora qarşı mübarizə barədə əməkdaşlığın yeni səviyyəyə çıxarılmalı olduğunu deyib: “ABŞ və NATO üzvü olan digər ölkələrlə əməkdaşlığın yenidən qurulması tərəflərin qarşılıqlı xeyrinə olacaq”.