FIFA Avropa klublarına 1 milyard dollar təzminat ödəyəcək

FIFA prezidenti Canni İnfantino 2022-ci ildə futbol üzrə dünya çempionatının keçirələcəyi Qətərə səfər edib. “Yeniavaz.com”un xarici mətbuata istinadən verdiyi məlumata görə, C. İnfantinonun səfərinin məqsədlərindən biri Avropa klublarına veriləcək kompensasiyanın müzakirə edilməsidir. Belə ki, FIFA mundialın keçiriləcəyi tarixdə milli çempionatlar mövsümün yarısında dayanacağına görə klublara təzminat ödəməli olacaq. Ümumi kompensasiyanın məbləği təqribən 1 milyard dollar təşkil edə bilər. Qeyd edək ki, 2022-ci il mundialının 21 noyabr-18 dekabr tarixlərində keçiriləcəyi gözlənilir.

DİGƏR XƏBƏRLƏR

Top