Sofiya turistlər üçün ən ucuz şəhər hesab edilib

Bolqarıstanın paytaxtı Sofiya dünyanın ən ucuz turist şəhərləri siyahısına başçılıq edir. "Yeniavaz.com"un Lenta.ru-ya istinadən verdiyi məlumata görə, bu, Norra kompaniyasının araşdırmaları zamanı məlum olub. Belə ki, Sofiyada bir günlük istirahət turistə 47,8 dollara başa gəlir. Bu məbləğə oteldə qalma, yemək, taksi və əyləncə xərcləri daxildir. Məhz qiymətlərin ucuz olması ötən il Sofiyaya böyük turist axınına səbəb olub. Sofiyadan sonra dünyanın ikinci ən ucuz turist şəhəri Qahirə elan edilib. Qahirədə turistə bir günlük istirahət 48,9 dollara başa gəlir. Üçüncü yerdə gedən İspaniyanın Kartaxen şəhərində isə bür günlük istirahət 49,7 dollar təşkil edir. Turistlər üçün dünyanın ən bahalı şəhəri isə İsveçrənin Sürix şəhəridir. Burada turistlər bir günlük istirahət üçün 211,3 dollarından keçməli olurlar.

DİGƏR XƏBƏRLƏR

Top