Suriya ordusu Palmira uğrunda döyüşləri davam etdirir

Palmiranı azad etmək uğrunda Rusiya aviasiyasının yardımı ilə yeni hücum əməliyyatları başladan Suriya ordusu şəhərin 17 kilometrliyinə kimi gəlib çıxa bilib. "Yeniavaz.com"un TASS agentliyinə istinadən verdiyi məlumata görə, döyüşlər zamanı İŞİD böyük həcmdə itkilər verib. SANA agentliyinin yaydığı məlumatda isə deyilir ki, hazırda döyüşlər Palimiranın qərbindəki Əl-Bayarat rayonunda gedir. Xatırladaq ki, fevralın 14-də Suriya ordusu qaz emalı zavodunun yerləşdiyi Xayyan rayonuna nəzarəti ələ keçirib. Bölgədən gələn son məlumatlara görə, Palmira istiqamətində qızğın döyüşlər davam edir.

DİGƏR XƏBƏRLƏR

Top