Yanvar ayında diri çəkidə 38,1 min ton ət, 150,2 min ton süd, 145,4 milyon ədəd yumurta, 6 min ton tərəvəz istehsal olunub. "Yeniavaz.com" xəbər verir ki, bu barədə məlumat Dövlət Statistika Komtəsinin açıqladığı hesabatda qeyd olunur. Məlumatda qeyd olunur ki, 2016-cı ilin yanvar ayı ilə müqayisədə ət istehsalı 3,4%, süd istehsalı 2%, yumurta istehsalı 2,9%, tərəvəz istehsalı 1,9 dəfə artıb.
Kənd təsərrüfatının ümumi məhsulu 3,5%, o cümlədən bitkiçilik məhsulları istehsalı 33,2%, heyvandarlıq məhsulları istehsalı 2,9% artıb.