Tramp: Xaos yoxdur, hər şey axarında gedir


ABŞ prezidenti Donald Tramp, Ağ Evdə böyük mətbuat konfransı təşkil edib. “Yeniavaz.com” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Tramp öz çıxışında, ABŞ rəhbərliyinin xaos içində olduğu barədə fikirləri rədd edərək, hər şey öz axarındadır deyib: "Televiziyanı açıram, qəzetlərə baxıram, oxuduğum hər şey xaos doludur. Amma real olaraq bunların əksi yaşanır”.

Tramp hər şeyin axarında olduğunu desə də üst-üstə zərbə almağa davam edir. Ağ Ev Milli Təhlükəsizlik Məsləhətçisi Maykl Flinin yerinə göstərilən yeni namizəd Robert Harvard da vəzifəni qəbul etməyib. Trampın təklifini rədd edən Robert Harvard, olduqca təcrübəli bir admiraldır.

DİGƏR XƏBƏRLƏR

Top