Ölkə əhalisinin yarısı aclığın astanasındadır

BMT-nin məlumatına görə, Somalidə ifrat quraqlıq səbəbilə 6,2 milyon insan aclıq təhlükəsi ilə üz-üzə qalıb ki, bu da ölkə əhalisinin yarısı deməkdir. “Yeniavaz.com”un “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, BMT-nin Dünya Ərzaq Proqramı və Uşaqlara Yardım Fondu davam edən quraqlıq səbəbilə ölkədə dolanışıq mənbələrinin tükəndiyini qeyd edir. Açıqlamada deyilir ki, Somalidə kənd təsərrüfatı məhv olmaq üzrədir və heyvanlar isə tələf olmağa başlayıb. BMT Somalidə əsas humanitar ehtiyacların qarşılanması üçün cəmi 450 milyon dollarlıq vəsaitə ehtiyacın olduğunu bəyan edib. Bu vəsaitə həmin insanlara ərzaq və su tədarük ediləcək.

DİGƏR XƏBƏRLƏR

Top