Lənkəranda meyitləri tapılan ər-arvad qətlə yetirilibmiş

Bu gün Lənkəranda günorta saatlarında yaşadıqları evdə meyitləri aşkarlanan ahıl ər-arvadın öldürüldüyü məlum olub.

Bu, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinin yekun rəyində əksini tapıb.

Rəyə əsasən hər iki şəxsin bədənində və baş nahiyələrində xəsarətlər aşkarlanıb. Onların bu xəsarətlərdən öldüyü qənaətinə gəlinib. APA

DİGƏR XƏBƏRLƏR

Top