Kərkükdə 20 İŞİD üzvü öldürülüb


İraqın Kərkük şəhərində beynəlxalq koalisiya qüvvələrinin hava hücumu nəticəsində terror aktı törətməyə hazırlaşan 20 İŞİD-li yaraqlı öldürülüb. “Yeniavaz.com” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Peşmərgə komandirlərindən olan Polkovnik Hiva Abdullah, mətbuata açıqlamasında deyib ki, “İŞİD terroristləri Peşmərgə qüvvələrinə hücum planlaşdırırdı. Hücum xəbərini eşidər-eşitməz İŞİD-in Şeyx Xələf kəndində toplaşan üzvlərinə beynəlxalq koalisiya qüvvələri hava hücumu təşkil etdi”. Koalisiya qüvvələrinin hava hücumu nəticəsində 20 İŞİD üzvünün öldürüldüyünü bildirən Abdullah, xeyli sayda yaralıların da olduğunu qeyd edib. Həmçinin hücumda, İŞİD-ə məxsus 4 partlayıcı ilə dolu avtomobil və sursat məhv edilib. Qeyd edək ki, İŞİD terror qruplaşması, 2014-cü ilin iyun ayından bəri Kərkükün Havicə və ona bağlı Riyad, Zab qəsəbələrinə nəzarət edir.

DİGƏR XƏBƏRLƏR

Top