İki deputatın səlahiyyəti dayandırıldı


Rusiya Dövlət Duması iki deputatın səlahiyyətini vaxtından əvvəl dayandırmaq barədə qərar qəbul edib. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, hər iki deputat hakim “Yedinaya Rossiya” (“Vahid Rusiya”) partiyasının üzvləridir. Deputatlardan biri Aleksandr Metkin öz istəyi ilə səlahiyyətini dayandırmaq qərarına gəlib. “Yedinaya Rossiya” partiyasının Baş Şurasının mətbuat katibi Sergey Neverov deyib ki, A. Metkin Krasnodar diyarındakı müəssisədə əvvəlki iş yerindən təklif aldığına görə istehsalata qayıtmaq qərarını verib. Rusiya parlamentinin aşağı palatasının səlahiyyətini dayandırdığı digər deputat isə Nikolay Lyubimovdur. O, Ryazan bölgəsinin qubernatorunun səlahiyyətlərinin müvəqqəti icraçısı təyin edildiyinə görə deputatlıq mandatından məhrum edilib.

DİGƏR XƏBƏRLƏR

Top