“Dünən Əfv Komissiyasının iclası keçirildi. Məlumat verildi ki, 800-dən artıq müraciət daxil olub. Dünən müraciətin 150-nə baxılıb”.
Bunu jurnalistlərə açıqlamasında Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Rəşəd Məcid deyib.
Onun sözlərinə görə, baxılan müraciətlərin yarısına müsbət rəy verilib: “Bu gün də komissiyanın iclası davam edəcək. Yaxın həftələrdə bütün müraciətlərə baxılacaq. Güman edirik ki, prezident İlham Əliyev Novruz bayramı ərəfəsində əfv fərmanı imzalayacaq”.musavat.com