Paksitan Əfqanıstanla sərhdəddəki “Torxam” Buraxılış-Keçid Məntəqəsini bağlayıb. “The Express Tribune” nəşrinə istinadən xəbər verir ki, bu, iki ölkə arasında ən çox gediş-gəliş olan keçid məntəqələrindəndir. “Torxam” 2016-cı ilin avqustunda insanların və yük avtomobillərinin keçidi üçün açılıb. Hər gün oradan 20 min insan və yüzlərlə avtomobil keçir. Pakistan ordusunun mətbuat xidmətinin rəhbəri, general-mayor Asif Qafur faktı təsdiqləyərək, sərhəd-keçid məntəqəsinin təhlükəsizlik məqsədi ilə bağlandığını bildirib. Onun sözlərinə görə, Əfqanıstanın İslamabaddakı səfirliyinin təmsilçiləri Pakistan ordusunun Ravalpindi şəhərindəki mənzil-qərargahına çağırılıb və onlara ölkə ərazisində törədilən terrorla əlaqədar etiraz bildirilib. Diplomatlara Pakistanda barələrində axtarış elan olunan, Əfqanıstanda gizlənən 78 nəfərin siyahısı təqdim edilib. Onların təxirə salınmadan Pakistana verilməsi istənilib. Qeyd edək ki, ötən gün Pakistanın Sind əyalətinin Sehvan şəhərindək sufi məscidində törədilən terror nəticəsində azı 74 nəfər ölüb, 300-dən çox insan isə yaralanıb.Report