ABŞ-da miqrantlar Tramp əleyhinə aksiyaya başlayıblar

ABŞ-ın bir çox şəhərlərində miqrantlar prezident Donald Trampın öz ölkələrini müxtəlif səbəblərdən tərk etməyə məcbur olanlarla bağlı siyasətinə etiraz edirlər. "Yeniavaz.com"un TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu məqsədlə onlar çalışdıqları yerlərdə işə çıxmayıblar. Nəticədə ölkədə onlarla mağaza, restoran, kafe fəaliyyətini dayandırmağa məcbur olub. ABŞ mətbuatının yazdığına görə, miqrantların etiraz aksiyası bir sıra yerlərdə alıcılara çətin anlar yaşadaraq mağazaların qarşısında böyük növbələrin yaranmasına səbəb olub. Xüsusi ilə Los-Anceles, San-Fransisko, Nyu-York, Çikaqo və Vaşinqtonda etiraz aksiyası ictimai-iaşə obyektlərinin fəaliyyətini iflic edib. "Miqrantsız gün" adı altında keçirilən etiraz aksiyasından məqsəd xaricdən gələnlərin ABŞ-ın iqtisadiyyatında nə qədər böyük rol oynadığını nümayiş etdirməkdir.

DİGƏR XƏBƏRLƏR

Top