ABŞ-ın vitse prezidenti Mayk Pens Münhenə səfəri çərçivəsində Ukrayna və Rusiya rəsmilərinə Minsk anlaşmasının şərtlərinin tam şəkildə yerinə yetirilməsinin vacibliyini bildirəcək. "Yeniavaz.com"un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Ağ evin rəsmi nümayəndəsi bildirib: "Pens Minsk anlaşmasının həyata keçirilməsinin vacibliyi qənaətindədir. Minsk anlaşmasının şərtləri yerinə yetirilmədən bölgədə sülhə nail olmaq mümkün olmayacaq".
Qeyd edək ki, Münhendə keçiriləcək Təhlükəsizlik məsələləri üzrə beynəlxalq konfransda Mayk Pens Ukrayna və Rusiyadan olan həmkarları ilə Minsk anlaşmasının şərtlərinin yerinə yetirilməsi şərtlərini müzakirə edəcək.