"Azəriqaz"dan əhaliyə verilən qazla bağlı AÇIQLAMA

Hava şəraiti ilə əlaqədar "Azəriqaz" İB aparılacaq təmir işlərini təxirə salıb. Bunu "Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayev bildirib.

İ. Kərbəlayev qeyd edib ki, əhalinin təbii qaza olan tələbatını təmin etmək məqsədilə sərfiyyatda 1 mln. 446 min kubmetr artım var: "Tələbat artdıqca təbii qazın verilişində də artım olacaq. Hava şəraiti qazın verilişində heç bir problemə səbəb olmayıb".apa

DİGƏR XƏBƏRLƏR

Top