Türkiyədəki qaçqınların sayı 61 ölkənin əhalisindən çoxdur

II Dünya müharibəsindən sonra ən böyük mühacir böhranının baş verdiyi son illərdə ölkələrindəki vətəndaş müharibəsi və ya münaqişələrdən qaçaraq Türkiyəyə gələn 3 milyondan çox qaçqının sayı 61 ölkənin əhalisindən çoxdur. “Yeniavaz.com”un “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının 2015-ci il məlumatına əsasən, dünya üzrə 21,3 milyon qaçqın var. Türkiyə xüsusilə Suriyadakı vətəndaş müharibəsindən qaçan 2,8 milyon insana ev sahibliyi edir. Türkiyədə İraq, Əfqanıstan, İran, Somali və digər ölkələdən gələn 291 min insan da var. Ümumilikdə 3,1 milyondan çox insan Türkiyədə qaçqın qismində yaşayır. BMT-yə üzv 193 ölkə ilə müqayisə edildikdə Türkiyədə qaçqınların sayı 61 ölkənin əhalisindən çoxdur.

DİGƏR XƏBƏRLƏR

Top