Cənubi Kipr sülh danışıqlarından çəkildi

Kipr üzrə növbəti sülh danışıqları yarımçıq qalıb. "Yeniavaz.com"un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, danışıqlarda iştirak edən Kiprin yunan icmasının rəhbəri Nikos Anastasiadis gözlənilmədən "daha deyəcək bir sözüm yoxdur", deyərək danışıqlar aparılan otağı tərk edib. Bundan sonra Kiprin türk icmasının lideri Mustafa Akınçı da danışıqları yarımçıq qoyaraq otağı tərk etməyə məcbur olub. Kiprin yunan icmasının bu hərəkətinə Türkiyədən sərt cavab gəlib. Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu deyib ki, yunan tərəfi danışıqlarda iştirak etmək istəmir və buna görə onlar məsuliyyət daşıyırlar.

DİGƏR XƏBƏRLƏR

Top