Lavrov: Kürdlərsiz Cenevrə danışıqları uğursuz olacaq

Fevralın 23-də Cenevrədə keçiriləcək görüşdə bütün Suriya müxalifəti, o cümlədən kürdlər təmsil olunmadan danışıqlar uğurlu ola bilməz. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT-nin baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura ilə keçirdiyi məsləhətləşmələr zamanı deyib. Tərəflər Rusiya, Türkiyə və İranın himayəsi ilə keçirilən “Astana prosesi”nin vacibliyini vurğulayıblar. S. Lavrov bildirib ki, qarşıdakı görüşdə Suriya müxalifətinin müxtəlif seqmentlərinin iştirakının maksimum inklüziv və bərabərhüquqlu xarakteri təmin edilməlidir.

DİGƏR XƏBƏRLƏR

Top