Pakistanda məsciddə dəhşətli terror: 30 ölü, 100 yaralı

Pakistanın Sind əyalətinin Sexvan-Şərif şəhərindəki məsciddə baş verən partlayış 30 nəfərin həyatına son qoyub, 100 nəfər yaralanıb. "Yeniavaz.com"un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, terror aktı Sexvan-Şərif şəhərindəki məsciddə qadınlar ibadət edən tərəfdə həyata keçirilib. Hazırda hadisə yerində hüquq-mühafizə orqanları araşdırma aparırlar. Bölgədən verilən son məlumata görə, yaralıların çoxunun vəziyyəti ağırdır və partlayış nəticəsində ölənlərin sayının arta biləcəyi istisna edilmir. Hələlik partlayışla bağlı terror qurumlarından heç biri məsuliyyəti öz üzərinə götürməyib.

DİGƏR XƏBƏRLƏR

Top