
Mingəçevirdə E-manat ödəmə terminalları işləmir. Bu gün marketlərdə quraşdırılmış ödəmə terminallarının heç biri işləməyib. "Yeniavaz.com" saytının əməkdaşı problemin həlli ilə bağlı bir çox yerlərə müraciət edib, lakin aldığı cavab belə olub: "Bizlik deyil".
Şəhərdəki Poçt Şöbələrində isə əhali smart kartın balansını artırmaq üçün saatlarla növbədə durmalı olur: ya sistemdə yaradılan nasazlıq vətəndaşı narahat edir, ya da uzun–uzadı növbələr...
Esmira Hidayətova, Mingəçevir
Tətbiqimizi yükləyə bilərsiniz