Qəzaya düşən erməni hərbçilərin vəziyyəti ağırdır

Ermənistanda buldozerin yarğana düşməsi nəticəsində xəsarət alan hərbi qulluqçu Vruyr Nersisyanın sağ qalmasına ümid olduqca azdır. "Yeniavaz.com"un nevs.am-a istinadən verdiyi məlumata görə, bu barədə müdafiə nazirliyi hərbi-kliniki hospitalının rəisi Aram Asaturyan mətbuata açıqlamasında deyib. O buldozerin yarğana düşməsi nəticəsində xəsarət alan digər hərbi qulluqçu Armen Puxanın qabırğalarının sındığını və onun da vəziyyətinin ağır olduğunu söyləyib. Xatırladaq ki, bu gün buldozerin yarğana düşməsi nəticəsində hərbi qulluqçu Qareqin Minasyan ölüb, Armen Puxan və Vruyr Nersisyan isə ağır bədən xəsarətləri alıblar.

DİGƏR XƏBƏRLƏR

Top