NATO-nun baş katibi Stoltenberq Rusiya barədə açıqlama verib

NATO-nun baş katibi Cens Stoltenberq, Brüsseldəki NATO müdafiə nazirləri iclasının Şimali Atlantika şurasından sonra məbuata bir sıra açıqlamalar verib. “Yeniavaz.com” Türkiyə mətbuatına istinadən bildirir ki, Stoltenberq açıqlamasında “Rusiya ilə bərabərləşməyəcəyik. Məqsədimiz, ixtilafı provokasiya etmək yox, qarşısını almaqdır”,-deyib.

Stoltenberq iclasda NATO-nun müdafiə potensialının gücləndirilməsi barədə müzakirələr olduğunu deyib: “NATO-nun hər bir təhlükə qarşısında sürətli cavab verməsi bizə bağlıdır. Bu gün təcrübəli komandirlərin tövsiyələri istiqamətində NATO rəhbərlik quruluşunun modernləşdirilməsi üçün bir sonrakı addımların atılmasında razılaşmanı təmin etdik”.

DİGƏR XƏBƏRLƏR

Top