Vətəndaş hüquqlarının pozulmasına görə 1579 polis cəzalandırılıb

“Daxili işlər orqanlarının şəxsi heyət tərəfindən insan və vətəndaş hüquq və azadlıqlarının pozulması barədə müraciətlər operativ və obyektiv araşdırılaraq müvafiq tədbirlər görülür”.

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, bunu daxili işlər naziri Ramil Usubov Avropa Şurasının İşgəncələrin, qeyri-insani və ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısının alınması üzrə Komitəsinin prezidenti Mikola Qnatovskinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə bu gün keçirilən görüşdə deyib.

Nazir bildirib ki, təkcə son 5 ildə vətəndaş hüquqlarının pozulması faktlarına görə 1579 əməkdaş cəzalandırılıb, o cümlədən 146 nəfər daxili işlər orqanlarında xidmətdən xaric edilib. 134 nəfərin tutduğu vəzifədən azad olunduğu, 6 nəfər isə cinayət məsuliyyətinə cəlb edildiyi bildirilib.apa

DİGƏR XƏBƏRLƏR

Top