Moskvada erməni əsilli biznesmenin həbs müddəti uzadıldı

Moskvanın Presnensk məhkəməsi Böyük Nikitsk küçəsində yerləşən “Sitibank” şöbəsində insanları girov götürmüş erməni əsilli biznesmen Aram Petrosyanın həbs müddətini fevralın 24-dək uzadıb. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu məhkəmənin mətbuat katibi Anastasiya Pılina deyib. Onun sözlərində görə, məhkəmə müstəntiqin iddiası üzərinə həbs qəti-imkan tədbirinin müddətini uzadıb. Xatırladaq ki, biznesmen Moskvanın mərkəzindəki bankın şöbəsində insanları girov götürərək bombanı partladacığı ilə hədələyirdi. Polislə danışıqlardan sonra o, təslim olmaq qərarına gəlmişdi.

DİGƏR XƏBƏRLƏR

Top