
ABŞ-da milyarder Corc Sorosa qarşı yeni kampaniya başlayıb. "Yeniavaz.com"un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Corosun ölkədən çıxarılmasını tələb edən petisiyanı artıq 9 min nəfərdən artıq ABŞ vətəndaşı imzalayıb. Onlar prezident Donald Trampdan Corc Sorosun ölkədən çıxarılmasını tələb edirlər. Bununla bağlı Change.org saytı petisiya iştirakçılarının Donald Trampa müraciətini dərc edib. Müraciətdə deyilir: "Prezident Tramp, biz sizdən Sorosun ölkəyə girişinə qadağa qoymağı xahiş edirik. Xahiş edirik ki, Sorosun və ailə üzvlərinin ölkəmizdə biznes fəaliyyəti ilə məşğul olmasına, onların fondlarının bəzi korrupsiyaya uğrayan siyasətçilərimizi öz təsiri altına almasına imkan verməyəsiniz. Biz sizdən ölkəmizə qarşı pozuculuq fəaliyyətinə baş vuruduğuna, pulla insanları ələ alaraq etiraz aksiyalarına çıxarmasına görə Sorosun həbsinə order verməyinizi xahiş ediirk. Ölkəmizi dağıtmaq istədiyinə görə Sorosa ABŞ-da qalmağa icazə vermək olmaz".
Xatırladaq ki, yanvar ayında ABŞ-da və başqa ölkələrdə Tramp əleyhinə etiraz aksiyalarının Sorosun pulla ələ aldığı adamlar tərəfindən təşkil edildiyi iddia edilir.
Tətbiqimizi yükləyə bilərsiniz