NATO Rusiyanın Abxaziya və Cənubi Osetiyada möhkəmlənməsindən narahatdır

Rusiyanın Cənubi Osetiya və Abxaziya ilə inteqrasiya yolunda atdığı addımlar NATO tərəfindən narahatlıqla qarşılanıb. "Yeniavaz.com"un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, NATO Baş katibi Yens Stoltenberq məsələ ilə bağlı deyib ki, Rusiyanın Cənubi Osetiya və Abxaziyada möhkəmlənməsi qurumu narahat edir: "Biz Rusiyanın Gürcüstanın əzəli əraziləri olan Abxaziya və Cənubi Osetiya ilə əlaqələrini dərinləşdirməsini narahatlıqla izləyirik. NATO olaraq Rusiyanı Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımaqdan imtina etmyə çağırırıq".

Stoltenberq eyni zamanda bildirib ki, NATO Gürcüstanın bu quruma üzv olması üçün ona ən yüksək səviyyədə dəstək verəcək.

DİGƏR XƏBƏRLƏR

Top