Ter-Petrosyan EMK-EXP alyansının siyahısına başçılıq edəcək

Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan qarşıdan gələn parlament seşkilərində Erməni Milli Konqresinin (EMK) və Ermənistan Xalq Partiyası (EXP) alyansının proporsional seçkilər üzrə siyahısına başçılıq edəcək. "Yeniavaz.com"un panarmenian.net-ə istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə açıqlamasında Erməni Milli Konqresinin parlament fraksiyasının rəhbəri Levon Zurabyan deyib. Siyahıda ikinci yerdə Ermənistan Xalq Partiyasının lideri Stepan Demirçyandır. Qeyd edək ki, Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan Dağlıq Qarabağ münaqişəsinin həllində daha real mövqedən çıxış edir və bu problemin həllində hər iki tərəfi qane edə biləcək qərarın qəbul edilməsini dəstəkləyir. Məhz onun münaqişənin həlli yönündə atdığı addımlara problemin aradan qaldırılmasını istəməyən güclər mane oldular və nəticədə o tutduğu vəzifəsindən istefa verdi.

DİGƏR XƏBƏRLƏR

Top