Şəmkirdə təsərrüfat sahibi gördüklərinə inanmadı - Araşdırmalara başlanılıb

Şəmkirdə Hüseynov Həbib Səməndər oğluna məxsus fərdi qoyunçuluq təsərrüfatında qoyunların kütləvi şəkildə tələf olub. Fermerin "Yeniavaz.com" saytına açıqlamasında deyib ki, 19 gün ərzində 160-dan çox qoyun tələf olub. Onun sözlərinə görə, ölən heyvanların əksəriyyəti boğaz olub. Fermer bildirib ki, heyvanların hansı səbəbdən ölməsi hələlik məlum deyil və ilk dəfədir belə bir hadisə ilə qarşılaşıb. Təsərrüfat sahibi bilidirib ki, tələfatla bağlı rayonun baytar həkimlərini də məlumatlandırıb: "Hələ belə xəstəlik görməmişik. Heyvanlar yeyə- yeyə ölürlər. Hamısı da sağlam qoyundur. Analiz də aparmışıq. Bakıya da göndərmişik. Bizə lazımdır ki, xəstəliyi müəyyənləşdirək".

Şəmkir Rayon Baytarlıq İdarəsinin rəis əvəzi Məmməd Qasımov bildirib ki, fevralın 11-də fermer Həbib Hüseynov heyvanların tələf olması ilə bağlı idarəyə müraciət edib: "Biz həmin gün hadisə yerində olduq. İlkin olaraq ölən heyvanlardan nümunələr götürərək Tovuz Baytarlıq Labaratoriyasına göndərilib və heyvanlarda heç bir yoluxucu xəstəlik aşkarlanmayıb". Hevanlarda peyvəndləmə aparılıb. Lakin tələfat davam etdiyinə görə bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti də məlumatlandırılıb və onlarda oz nümayəndələrini göndəriblər. Nümayəndə artıq həmin təsərrüfatda olub lazımi analiz nümunələri götürüb. Respublika baytarlıq laboratoriyasına göndərilmiş nümunələrin analizin nəticələrindən sonra tam olaraq tələfatın səbəbini bilinəcək. İlkin ehtimal kimi heyvanların soyuqlaması və arıq olması belə bir tələfatın olmasına səbəb kimi göstərilə bilər. Ancaq dəqiq səbəb analizlərin nəticəsindən sonra aydınlaşacaq.

Dovlət Baytarlıq xidmətinin nümayəndəsi Xəlil Abdullayev bildirib ki, bu gün yeni tələf olmuş heyvanları da yarıb və qanından, daxili orqanlarından nümunələr götürüb. Hazırda təsərrüfat nəzarətə götürülüb və araşdırmalar davam edir. Qeyd edək ki, 1000 başdan çox qoyunun olduğu təsərrüfatda 7 ailə işləyir.

Vüqar Nəbiyev

DİGƏR XƏBƏRLƏR

Top