"Bakıda gündə ən azı 5 dəfə real qəza şəraiti yaşayırıq"

"Faciəli qəzalar barədə xəbərlər gəlməkdə davam edir və nə qədər ki, dünyagörüşümüzü, həyat tərzimizi, yanaşmalarımızı dəyişmək istəmirik, belə də davam edəcək". "Yeniavaz.com" xəbər verir ki, bunu nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirib. Onun sözlərinə görə, gündə ən azı 5 dəfə real qəza şəraiti yaşayırıq: "Düzdür, əksər sürücülərimiz bunu dərk etmirlər, çünki elə bilirlər ki, məhz belə olmalıdır. Problemimizin də mərkəzində insan faktorudur, çünki yolu tikən, ora nişan qoyan, daha sonra orada hərəkət edən də həmin qüsurlu insandır. Əgər hər kəs sadəcə öz vəzifəsini normal icra etsə, öz işini lazımınca yerinə yetirsə, o cümlədən intizamla sürsə, piyada olaraq yolu düzgün keçsə, ən çətin vəziyyətdə də qəzasız ötüşmək mümkündür. Bir az əvvəl müşahidə etdiyim bir mənzərə isə məni lap heyrətləndirdi. Qabağımca Honda "Accord"un son modellərindən biri gedir. Yol çox sakitlik olsa da, adam iki zolağın ortası ilə sürür. Svetoforun qırmızı işığında stop-xətti keçib dayandı, amma cəmi 2-3 saniyədən sonra asta-asta hərəkətə başladı, yaşıl işıq yananda düz yolayrıcının ortasında idi. Maraq üçün bunun yanına keçdim ki, görüm sükan arxasında nə var? Baxıram ki, təxminən 50-55 yaşında bir kişidir. Başına bərk-bərk keçirdiyi kepkadan, sükan arxasında oturuş tərzindən, baxışlarından və sifətinin mimikasından aydınca görünürdü ki, adam debildir".

DİGƏR XƏBƏRLƏR

Top