Zəncani oğurladığı pulları qaytardıqdan sonra edam ediləcək


İranda korrupsiya da ittiham olunan məşhur milyarder Babək Zəncani haqqında edam qərarı verilib. “Yeniavaz.com” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Zəncani, əldə etdiyi pulları geri qaytarmadan edam qərarı tətbiq edilməyəcək. Zəncaninin nə zaman edam olunacağı barədə mətbuata açıqlama verən Baş prokuror Məhəmməd Cəfər Müntəzəri, “Zəncani haqqında verilən hökm qətidir. Lakin oğurladığı və böyük əlsəriyyəti xaricdə saxlanılan pulları geri qaytarmasa qərar tətbiq olunmayacaq” deyib. Zəncaninin İrandakı mülkü, dövlətə olan borcunu bağlamağa kifayət etmir. Hazırda İran daxilindəki mülkü məhkəmə tərəfindən satışa çıxarılıb. Xatırladaq ki, Zəncani, 2013-cü ilin dekabr ayında saxtakarlıqla dövlətdən 2,8 milyard dollar oğurladığı üçün mühakimə olunaraq edam cəzasına məhkum edilmişdi.

DİGƏR XƏBƏRLƏR

Top