Putin tutulan xarici casusların sayını açıqladı

Xarici xüsusi xidmət orqanlarının Rusiyada fəaliyyət aktivliyi azalmır. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin deyib. Onun sözlərinə görə, Rusiya Federal Təhlükəsizlik Xidməti 2016-cı il ərzində xarici kəşfiyyatın 53 kadr əməkdaşı və 386 agentinin fəaliyyətinin qarşısını alıb. V. Putin qeyd edib ki, xarici kəşfiyyat xidmətlərinin bağlı məlumatlara, ilk növbədə Rusiyanın hərbi-texniki potensialı sahəsindəki məlumatlara çıxış cəhdlərini qarşısını almaq önəm kəsb edir: “Bununla əlaqədar əks kəşfiyyat orqanlarına qarşı hazırda tələblər çox yüksəkdir”.

DİGƏR XƏBƏRLƏR

Top